"Nepalda hər şey əla idi, amma indi ..." - azərbaycanlı futbolçu

7 May 2021 22:20 Bizimkilər 1 095
"Nepalda hər şey əla idi, amma indi ..." - azərbaycanlı futbolçu

"Vurduğum qolun davamını gətirə bilərəm"

Bu sözləri Sportinfo.az-a açıqlamasında Nepalın "Lalitpur Siti" klubunda ilk qolunu vuran Nurlan Novruzov deyib.

Azərbaycanlı futbolçu çıxış etdiyi çempionatın səviyyəsindən danışıb: "Komandada hər kəs yenidir. Buna baxmayaraq komandada anlaşma elə də pis deyil. Nepal futbolunun keçmişini bilmirəm, amma indi burdayam və çempionatın səviyyəsi heç də aşağı deyil. Yeni mövsümdən klubların adları dəyişib. Liqanı "Redd bull" alıb. Hər komandada maddi durum yaxşıdır. Oyunlar canlı verilir. Baxanda görə bilərsiniz ki, əsasən güc futbolu önə çıxır. Amma taktiki baxımdan bir az geri qalırlar. Məncə, avropada yaxşı məşqçilər gətirilsə daha yaxşı olar".

Novruzov Nepalda qarşılaşdığı çətinlikdən də söz açıb: "Nepalda karantin başlayana kimi hər şey əla idi. İndi hər gün otaqdayam. Oteldən çölə çıxmıram".

Xatırladaq ki, Nurlan Novruzovun çıxış etdiyi "Lalitpur Siti" klubu 5 turdan sonra 6 xalla 4-cü pillədə qərar tutublar

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu