Hərbçilərimizin Qarabağdan FOTOsu gündəm oldu

19 Aprel 2021 12:50 Bizimkilər 589
Hərbçilərimizin Qarabağdan FOTOsu gündəm oldu

Sosial şəbəkələrdə Vətən müharibəsi zamanı və müharibədən sonra döyüşçülərimizin eyni düşmən texnikası ilə çəkilən fotoşəkilləri yayılıb.

Sportinfo.az xəbər verir ki, böyük marağa və müzakirələrə səbəb olan fotolardan birini 3 döyüşçümüz 44 günlük müharibə dövründə Hadrutda 721 nömrəli erməni tankının üzərində çəkdiriblər.

Növbəti foto eyni tankın üzərində Bakıda Hərbi Qənimətlər Parkında çəkilib.

Digər fotoda isə düşmən texnikası fonunda qalib hərbçimiz - polkovnik-leytenant Elçin Salayevdir. Birinci foto ötən il müharibə zamanı Cəbrayılda, ikinci isə Bakıda çəkilib.

Digər Xəbərlər
Xəbər Lenti