FİFA Namiq Ələsgərovun transferinə icazə verdi - SON DƏQİQƏ

25 Avqust 2021 12:00 Azərbaycan Futbolu 1 853
FİFA Namiq Ələsgərovun transferinə icazə verdi - SON DƏQİQƏ

2 həftəyə yaxındı "Bursaspor"a transfer olunan Namiq Ələsgərov yeni klubunda hələ də debut edə bilməyib. Buna mane olan səbəb hücumçunun transfer vərəqəsinin sabiq klubu "Neftçi" tərəfindən Türkiyə təmsilçisinə göndərilməməsi idi.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, artıq bu problem də öz həllini tapıb. "Neftçi" tərəfinin lazımsız bütün cəhdlərinə baxmayaraq sonda FİFA Namiqin "Bursaspor"a transferinə icazə verib.

Bununla da futbolçumuzun "Bursaspor"da debüt etməsi üçün heç bir maneə qalmayıb.

Ələsgərovu 28 avqust üçüncü tur çərçivəsində baş tutacaq "Bursaspor" - "Eyüpspor" qarşılaşmasında meydanda görə bilərik.

Digər Xəbərlər
Xəbər Lenti