"Olimpiakos" qorxu içində - “Qarabağ” gəlir – GÜNÜN VİDEOSU

5 Oktyabr 2022 17:40 Araşdırma 1 491
"Olimpiakos" qorxu içində - “Qarabağ” gəlir – GÜNÜN VİDEOSU

Sabah “Qarabağ” Avropa Liqasının G qrupunda Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.

“Qarabağ”ı çətin Pirey səfərində nələr gözləyə bilər ?

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov “Olimpiakos”un oyun planı ilə bağlı şərh verib. Deyib ki, “Qarabağ” üçün bu qarşılaşmada ən çətin məqam Pirey təmsilçisində baş məşqçi dəyişikliyinin olmasıdır:

“Xüsusilə avrokuboklarda aldığı son 2 məlubiyyətdən sonra Karlos Korberanı ispaniyalı Miçel Qonzaleslə əvəzləyib.

Oyunçu profilləri üzərindən komandanın mövcud vəziyyətini təhlil etmək mümkündür. Lakin oyun planı baxımından yeni çalışdırıcının hansı formata üstünlük verəcəyi sual doğurur.

Meydan sahibləri son qarşılaşmalarda izlədiyimiz qədəriylə hücumlar zamanı 5-6 nəfərlə çoxala bilir. 4-4-2-yə üstünlük verən Yunanıstan klubu oyun ərzində gedişata görə 4-2-2-2 sisteminə də keçə bilər.

Hücuma keçidlərdə 2-3-5 oyun planına da üstünlük verirlər. Meydan sahiblərində oyunçu paylaşımı, mövqe seçimi və sığortalamasında ciddi problemlər var.

Xüsusilə sağ və sol cinah müdafiəçiləri ilə mərkəz müdafiəçiləri arasında boş zonanı blok etməkdə çətinliklərlə üzləşirlər.

Yəni, komanda müdafiə olunanda 5 nəfər mərkəzdə, 4 nəfər isə yarımmdafiədə yer alır. Rəqib hücum edərkən, topun olduğu zonaya 3 oyunçu ilə təzyiq etməyə çalışırlar”.

VİDEONU BU LİNKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti