Ermənilər Gorus-Qafan yolunda Azərbaycana bu qədər rüsum ödəyir - FOTO

13 Yanvar 2022 01:00 Araşdırma 559
Ermənilər Gorus-Qafan yolunda Azərbaycana bu qədər rüsum ödəyir - FOTO

Erməni iş adamları İrana getmək üçün azərbaycanlılara gömrük rüsumu ödəyirlər.

Bu barədə məlumatı ermənilərin “Joğovurd” qəzeti yazıb.

Məlumata görə, İrana yük aparan erməni iş adamları Gorus-Qafan yolundan istifadə edərkən Azərbaycana məxsus gömrük məntəqəsindən də keçməyə məcbur olurlar.

Bu zaman erməni iş adamlarının mallarını daşıyan TIR-ların fars mənşəli sürücüləri Gorus-Qafan yolundakı Azərbaycana məxsus gömrük məntəqəsində 130 dollar rüsum ödəməli olurlar.

“Joğovurd” qəzeti gömrük məntəqəsindən sürücülərə verilən çekin şəklini də dərc edib.

Qəzet həmçinin yazır ki, həmin yol Azərbaycanın nəzarətinə keçəndən sonra ermənilərin nə qədər vəsait ödədiyini öyrənmək üçün Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyana müraciət edib.

"Nazir bizə yazılı sorğu göndərməyi məsləhət gördü. Alternativ yol bərbad gündə olduğundan Gorus-Qafan yolundan İran maşınları ilə yanaşı, ermənilər də istifadə edir və gömrük rüsumu ödəyirlər.

Yəqin Paşinyanın “sülh epoxası” dediyi elə bu imiş ki, Ermənistan vətəndaşları “keçmiş düşmənlərimizin” büdcəsini varlandırırlar".

Digər Xəbərlər
Xəbər Lenti