Kevin Medina İsveçdə zədə almasaydı belə…

13 Dekabr 2023 22:20 Qarabağ 1 087
Kevin Medina İsveçdə zədə almasaydı belə…

Bilindiyi kimi, “Qarabağ” ciddi itki ilə üzləşib.

Kevin Medina Finlandiyada əməliyyat olunub.

Kolumbiyalı müdafiəçi Avropa Liqasının qrup mərhələsin beşinci turunda “Molde”yə qarşı səfər matçında (2:2) zədələnib. Ona sağ bud tendom vətərinin qopması diaqnozu qoyulub.

Medinanın təqribən 3 aya yaxın yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Cənubi amerikalı bu vəziyyətlə üzləşməsəydi belə, Avropa Liqasının 6-cı turunda meydana çıxa bilməyəcəkdi.

Medina Norveçdəki qarşılaşmada zədələndiyinə görə əvəzlənərkən qarşısında sarı vərəqə görüb. Bu, onun qrup mərhələsindəki üçüncü “sarı”sı olub ki, “Hekken”lə oyunda cəzalı duruma düşüb.

“Qarabağ” qrupdakı sonuncu matçını dekabrın 14-də İsveç təmsilçisinə qarşı keçirəcək. “Hekken”lə yekun nəticəsi ciddi önəm daşıyan oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 18:10 Çək və bizə göndər!
23 İyun 07:20 Prezident bilirdi...