Xabi Alonso "Qarabağ"la oyundan sonra almanlara ŞOK ETİRAF edib!

10 Noyabr 2023 14:40 Qarabağ 7 526
Xabi Alonso "Qarabağ"la oyundan sonra almanlara ŞOK ETİRAF edib!

«Bayer»in baş məşqçisi Xabi Alonso dünən «Qarabağ»la keçirilən qarşılaşmadan sonra maraqlı etiraf edib.

İspaniyalı çalışdırıcı 1:0 hesablı qələbəni bəxtlə əlaqələndirib.

O, bir almanyalı jurnalistlə söhbətində şanslı olduqlarını bildirib. Alonso deyib ki, Avropa Liqasının qrup mərhələsində ən çətin sınağı Bakıda veriblər.

«Real»ın sabiq kapitanı qeyd edib ki, «Qarabağ» digər rəqiblərdən daha güclüdür və qrupda ikinci yeri tutmağa ən real namizəddir.

Almaniya nəhəngi Tofiq Bəhramov adına Respublika stadionundan 1:0-lıq qələbə ilə ayrılıb. Viktor Bonifeys 90+2-ci dəqiqədə penaltidən fərqlənib.

İngiltərəli baş hakim Kreyq Pousonun verdiyi bu qərar birmənalı qarşılanmayıb. Alonso «bəxtimiz gətirdi», deyərkən, güman ki, «Qarabağ»ın qaçırdığı qolları və bu epizodu nəzərdə tutub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti