"Qarabağ"ın rəqibi gürcüstanlı legionerlə gücləndi

1 İyul 2022 22:20 Qarabağ 641
"Qarabağ"ın rəqibi gürcüstanlı legionerlə gücləndi

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Poznan təmsilçisi Kiyev "Dinamo"sundan Georgi Tsitaişvilini transfer edib.

Bu barədə Polşa klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı vinger 2022/2023 mövsümünü icarə əsasında "Lex"də keçirəcək.

Gürcüstan millisinin üzvü aprel ayından mövsümün sonuna kimi "Visla"da icarədə olub. O, Krakov təmsilçisinin heyətində meydana çıxdığı 7 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qarabağ" "Lex"lə ilk oyunu iyulun 5-də səfərdə, cavab matçını isə 12-də Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti