“Neftçi“ rəhbərliyi 6:0-a bu qədər pul ayırdı - Hörmət et, hörmətini edək!

15:15 Neftçi 262
“Neftçi“ rəhbərliyi 6:0-a bu qədər pul ayırdı - Hörmət et, hörmətini edək!

Misli Premyer Liqasında mövsümün ən böyükhesablı qələbə rekordu təkrarlandı.

25-ci turun matçında “Neftçi” Bakıda “İmişli”nin qapısından 6 cavabsız top keçirdi.

Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur.

“Ağ-qaralar” sonuncu dəfə 13 il 4 ay əvvəl - 2012-ci il noyabrın 17-də “Sumqayıt”la görüşdə böyük üstünlük qazanıb - 8:1.

Gzlənildiyi kimi, “Neftçi“ rəhbərliyi son uğurlu nəticəyə lazımı səviyyədə diqqət göstərib. 6:0-ın hər bir iştirakçısı bundan maddi nəsibini alıb.

Futbolçulara 1500 manat mükafat yazılıb. Bu məbləğin daha 500 manat artırılması da istisna edilmir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti