Premier Liqa klubunun azarkeşlərini daşıyan avtobus yolda yanıb kül oldu - VİDEO+FOTOLAR

10:15 İngiltərə 119
Premier Liqa klubunun azarkeşlərini daşıyan avtobus yolda yanıb kül oldu - VİDEO+FOTOLAR

İngiltərədə “Mançester Siti” azarkeşlərini daşıyan avtobus Karabao Kuboku finalına gedərkən yolda alovlanıb.

Sportinfo.az xəbər verir ki, hadisə Qərbi Midlends bölgəsində, M6 avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, avtobus “Arsenal”la keçiriləcək final qarşılaşmasını izləmək üçün Uembliyə yollanan azarkeşləri daşıyırmış. Yanğın avtobus hərəkətdə olarkən başlayıb və nəqliyyat vasitəsi dərhal yol kənarında dayandırılıb.

Hadisə zamanı sərnişinlər operativ şəkildə təxliyə edilib. İlkin məlumata əsasən, xəsarət alan olmayıb.

Yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunaraq alovu nəzarət altına alıb. Güclü alov və tüstü səbəbindən M6 yolunun bir hissəsi müvəqqəti bağlanıb, bu isə bölgədə nəqliyyatın hərəkətinə təsir göstərib.

Avtobus şirkətinin açıqlamasında bildirilib ki, bütün sərnişinlər və sürücü təhlükəsiz şəkildə xilas edilib. Azarkeşlər sonradan alternativ nəqliyyat vasitələri ilə Uembliyə çatdırılıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Mart 02:50 Kim, harada, nə vaxt?