COP29

“Məğlubiyyət onun günahı deyil” – Turun sürprizinə konkret səbəblər göstərdi

15 May 22:20 Müsahibə 561
“Məğlubiyyət onun günahı deyil” – Turun sürprizinə konkret səbəblər göstərdi

“Sabah” Qəbələ səfərindən məğlubiyyətlə döndü.

Avrokuboklara vəsiqəni hədəfləyən “tələbələr” autdayderə 0:2 hesablı yenilgisi turun sensasiyası kimi qəbul olundu. Məqsədə çatmaq üçün son iki turda “Sumqayıt”la “Neftçi”ni məğlub etmək lazım gələcək.

“Sabah”ın ispan müdafiəçisi Con İrazabal Sportinfo.az-ın suallarını cavablandırıb.

- “Qəbələ”yə sürpriz məğlubiyyətin səbəbini nə ilə əlaqələndirə bilərsən?

- Görünür, oyunun başlanğıcı bizi təəccübləndirdi. Xətlər arasında əlaqəni daha da gücləndirməli, inkişaf etmək yönündə düzgün qərarlar qəbul etməliyik. Müdafiədə daha aqressiv olmaq da mütləqdir.

- Ardıcıl 4 qələbədən sonra sanki “Qəbələ”ni də asanlıqla məğlub edəcəyinizi düşünürdünüz.

- Soyunub-geyinmə otağında dəfələrlə danışmışdıq ki, rəqib komandanın itirəcək heç şeyi olmayanda daha təhlükəli olur. Çünki itirəcək heç nələri yoxdur və rahatdırlar. Bu məqamı göz önünə almışdıq. Ona görə də bunu səbəb göstərə bilmərəm.

- Davit Volkov qırmızı vərəqə almaqla vacib məqamda komandanızı azlıqda qoydu. Komanda yoldaşının hərəkətinə münasibətiniz necədir?

- Davit səhv etdiyinin fərqindədir. Hər halda, məğlubiyyət onun günahı deyil. Çünki biz oynamalı olduğumuz kimi oynamadıq.

- “Sabah”ın məğlubiyyəti fonunda “Neftçi” və “Sumqayıt”ın qələbəsi avrokubok şanslarınızı xeyli çətinləşdirdi. Fərqindəsən?

-Əlbəttə, indi daha çətindir. Amma hələ də şansımız var və bu iki komandaya qarşı matçlarda öz oyunumuzla avrokubok iştirakçılarından biri olduğumuzu sübut etməliyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 18:50 Çək və bizə göndər!
14 İyun 08:40 "Neftçi", EFA, ASTA...