COP29

Məşhur məşqçi bu xəbəri “Sportinfo”dan eşidib təsirləndi

16 May 16:20 Qəbələ 1 523
Məşhur məşqçi bu xəbəri “Sportinfo”dan eşidib təsirləndi

“Qəbələ”nin vəziyyətindən xəbərdaram.

Ümid edirdim ki, İcraiyyə Komitəsinin qərarından sonra Premyer Liqadakı çıxışını davam etdirəcək”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Qəbələ təmsilçisinin sabiq baş məşqçisi Roman Qriqoruçuk deyib.

O, vaxtilə çalışdırdığı komandanın elitanı tərk edəcəyindən məlumatlı olsa da, komandanın sayının artırılacağına ümid edirmiş.

Xəbəri eşidəndən sonra bir müddət deməyə söz tapmayan 59 yaşlı mütəxəssisin mövqeyi bu cür oldu:

“Qərar barədə indi sizdən eşidirəm. Çox üzüldüm, çox. “Qəbələ”siz Azərbaycan çempionatı... Bunu sözlə ifadə etmək belə çətindir.

Eşitmişdim növbəti mövsüm üçün Premyer Liqada iştirakçı sayı artırılacaq. Siz zəng edənə qədər buna əmin idim. Düşünürdüm hansısa çıxış yolu tapılar və “Qəbələ” elitada qalar.

Bundan sonra ediləcək heç nə yoxdur. Qərar verilibsə, hörmət etmək lazımdır. Bir il itirib dözmək lazımdır. Aşağı dəstədəki nəticələrlə yenidən yüksək dəstəyə qayıdıb, bunun haqq edildiyini göstərmək gərəkir. Başqa yol yoxdur.

Məni ən çox qayğılandıran Qəbələdəki infrastruktur və akademiyadakı uşaqlardır. Bütün hallarda onları qorumaq lazımdır. Aşağı dəstəyə yuvarlanmaq faciə deyil. Faciə əlində olan gözəllikləri itirməkdir. Ona görə də əsas komanda ilə yanaşı, meydançaları və akademiyanı qorumaq vacibdir”.

Maraqlıdır, “Qəbələ” Roman İosifoviçin baş məşqçi olduğu dönəmdə bu cür vəziyyətlə üzləşsəydi, o, komandadan gedərdi, yoxsa I Liqada çalışmağı qəbahət saymazdı?:

“İndiyə qədər başıma belə bir iş gəlməyib. Ümid edirəm ki, gəlməz. Yaşamdığım hadisəyə şərh vermək çətindir. Bunu özüm başda olmaqla heç kimə arzulamıram. Həqiqətən baş məşqçi üçün çox ağır dövr olur” .

Ukraynalı mütəxəssis 2015-ci ilin yanvarından 2018-ci ilin mayına qədər “Qəbələ”ni çalışdırıb.

Bölgə təmsilçisi Qriqorçukun baş məşqçiliyi dövründə 2 dəfə Premyer Liqanın gümüş, 2 dəfə bürünc medallarını qazanıb, 2 dəfə ölkə kubokunun finalına vəsiqə qazanıb, 2 dəfə ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edib.

O, klub tarixinin ən uğurlu baş məşqçisi hesab olunur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!