COP29

Bu ağır günlərdə Premyer Liqa klubunun çörəyini unutmadılar - FOTOLAR

16 May 23:40 Qəbələ 1 109
Bu ağır günlərdə Premyer Liqa klubunun çörəyini unutmadılar - FOTOLAR

AFFA İcraiyyə Komitəsinin son iclasında hər kəsi üzən "Qəbələ" ilə bağlı qərar oldu.

Belə ki, federasiyanın mərhəmətinə bel bağlayan klubun son ümidləri də puç çıxdı.

İK-a yeni mövsüm "qırmızı qaralar"ın Birinci Liqada çıxış edəcəyinə qərar verdi.

Yaxın keçmişdə Avropa Liqasının qrup mərhələsində ölkəmizi təmsil edən klubun indi aşağı liqaya yuvarlanmasına ən çox üzülənlar arasında klubun sabiq üzvləri oldu.

Onların şəxsi hesablarından etdikləri paylaşımlar belə düşünməyə əsas verir.

Əksəriyyəti "Qəbələ"nin öz yetirməsi olan sabiq futbolçular bununla şərəfini qoruduqları klubun pis günündə mənəvi dəstək nümayiş etdirmiş olublar.

Söhbət Cavid Hüseynov, Qismət Alıyev, Tərlan Əhmədli, Ehtiram Şahverdiyev, Samir Zərgərov, İdris İnqilablı, Rauf Rüstəmli, Kamal Mirzəyev, Sadiq Quliyev və Tellür Mütəllimov kimi adlardan gedir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"