“Sumqayıt“ - Füzuli Məmmədovun ilk “düşmən“i

15 Sentyabr 2020 12:16 Neftçi 709
“Sumqayıt“ - Füzuli Məmmədovun ilk “düşmən“i

Premyer Liqanın II turu çərçivəsində “Sumqayıt“la keçirilən matç (0:2) “Neftçi“nin baş məşqçisi Füzuli Məmmədovun karyerasında ilk məğlubiyyət olub.

Sportinfo.az xəbər verir ki, debütü 2020-ci il fevralın 1-də elə “Sumqayıt”la oyunda (1:1) gerçəkləşən mütəxəssis ümumilikdə 8, Premyer Liqada 7 məğlubiyyətsiz oyun keçirib.

Bu görüşlərdən 3-ü heç-heçə bitibsə, çempionatda 4, bütün turnirlərdə 5 qələbə qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti