"Bir klubun bütün futbolçuları mənə mesaj yazmışdı" - FOTOLAR

15 Yanvar 2020 01:10 Maraqlı 1 392
"Bir klubun bütün futbolçuları mənə mesaj yazmışdı" - FOTOLAR

Sosial medianın məşhurları sırasında yer alan avstraliyalı Temmi Hembrou bacıları Emi və Emili ilə etdiyi canlı yayımda maraqlı açıqlamalar səsləndirib.

Sportinfo.az xəbər verir ki, fitness model "Instagram"da aldığı özəl mesajlar barədə danışıb.

25 yaşlı model "Sizi əmin edirəm ki, dünyadakı hər idmançı şəxsi mesaj qutuma yazıb" deyib. İddiasını yüksəldən model "bir klubda çıxış edən bütün futbolçular mənə mesaj yazmışdı" ifadəsini səslənidirib.

Temmi Hembrou gələn mesajları əhvalına görə dəyərləndirdiyini inkar etməyib: "Səmimi və "cool" olduğunu düşündüyüm biri mesaj göndərəndə ona cavab yaza, mənimlə görüşməsinə icazə verə bilərəm".

Sosial media fenomeni Riis Haukins ilə eşq yaşayan Temminin bu münasibətdən uşağı var. Temmi Hembrou sosial şəbəkədəki paylaşımları və fitness sayəsində yüksək gəlir əldə edir. Onun "İnstagram"da izləyici sayı 10 milyondan çoxdur.












































Digər Xəbərlər
Xəbər Lenti