Ronaldo 16 il əvvəl... VİDEO

1 Noyabr 2019 18:51 Maraqlı 1 245
Ronaldo 16 il əvvəl... VİDEO

İngiltərə mətbuatı 2003-cü ilin avqustunda "Mançester Yunayted"ə transfer edilən Kriştiano Ronaldo ilə bağlı maraqlı video paylaşıb.

Sportinfo.az xəbər verir ki, Portuqaliya millisinin lideri 16 il əvvəl noyabrın 1-də "qırmızı şeytanlar"ın heyətində ilk qolunu vurub.

Premyer Liqanın 11-ci turu çərçivəsində "Portsmut"la matçda meydana 75-ci dəqiqədə daxil olan gələcəyin superulduzu az sonra sol cinahdan yerinə yetirdiyi cərimə zərbəsilə adını tabloya yazdırıb - 2:0.

Karyerasını "Yuventus"da davam etdirən 34 yaşlı forvard Mançester klubunun heyətində 2009-cu ilin yayına qədər oynayıb və 292 oyuna 118 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı