"Kəpəz"in legioneri şou göstərdi, yalnız Medina ona "dur" dedi - VİDEO

9 Noyabr 2022 23:40 Maraqlı 1 370
"Kəpəz"in legioneri şou göstərdi, yalnız Medina ona "dur" dedi - VİDEO

"Kəpəz"in bu mövsüm heyətinə qatdığı futbolçulardan Georgi Kantariya xüsusi seçilir.

Gürcüstanlı futbolçu meydanda olduğu oyunlarda komandası daha inamlı çıxış edir. Legionerin əsas üstünlüyü isə topla əla rəftarı, yaxşı ötürmələr vermək bacarığıdır.

"7 nömrə" həm də özəl fəndlə rəqibləri keçmək bacarığına malikdir. Belə ki, əcnəbi oyunçu artıq neçənci oyundur eyni fəndlə - topu rəqib oyunçuların ayaqları arasından ataraq keçir.

O, bunu ilk dəfə "Sumqayıt"la səfər matçında (0:0) millimizin sabiq üzvü Elvin Bədəlovla ikili mübarizədə uğurla həyata keçirib.

İkinci oxşar hal isə "Səbail"lə matçda (3:0) paytaxt təmsilçisisinin 5 nömrəli legioneri Stasiuk Petronun başına gətirilib.

Kantariya növbəti dəfə eyni mənzərəni "Qarabağ"la oyunda Kevin Medinanın başına gətirməyə çalışıb.

Əslində, hərəkət uğurlu alınıb, sadəcə, təcrübəli müdafiəçi qayda pozuntusu hesabına onun istəyinin tam icra olunmasına mane olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Maraqlı görüntülərə səhnə olan həmin anları sizə təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti