"Bir də olmasın" - VİDEO

28 Yanvar 2023 03:20 Hadisə 371
"Bir də olmasın" - VİDEO

Gənclər və İdman Nazirliyi erməni əsilli idmançının “Australia Open” tennis turnirində ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, bəyantda hazırda davam edən “Böyük dəbilqə” seriyalı “Australia Open” tennis turniri çərçivəsində baş tutan oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanov rəqibinə qalib gəldikdən sonra idmançı adına yaraşmayan, Beynəlxalq Tennis Federasiyasının və hazırda iştirak etdiyi turnirin davranış qaydalarına zidd olan təxribat törətdiyi və beynəlxalq turnirlərdə çıxış edən tennisçilərə məxsus bir ənənəni siyasiləşdirməyə cəhd göstərdiyi qeyd edilib.

Vurğulanıb ki, eyni hal idmançı tərəfindən turnirin növbəti mərhələsi çərçivəsində baş tutan oyundan sonra da təkrarlanıb.

Baş vermiş hallarla bağlı Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyası tərəfindən ikitərəfli qaydada Rusiyanın müvafiq qurumlarına, eləcə də Beynəlxalq Tennis Federasiyası və “Australia Open” tennis turnirinin təşkilatçılarına müvafiq müraciətlər ünvanlanıb, bu təxribatçı addımlarına görə tennisçinin cəzalandırılması və belə bir halın təkrarlanmasına yol verilməməsi tələb edilib.

Rusiyanın müvafiq qurumları tərəfindən məsələnin araşdırılacağı və idmançıya müvafiq xəbərdarlığın olunacağı vəd edilib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!