İki erməni traktorla “yolunu azaraq” Azərbaycana keçdi

14 İyun 2021 14:50 Hadisə 600
İki erməni traktorla “yolunu azaraq” Azərbaycana keçdi

Ermənistanın Sünik bölgəsinin Tex kəndinin iki sakini əkinçilik işləri apararkən azaraq Azərbaycan ərazisinə keçib.

Sportinfo.az xəbər verir ki, hadisə iyunun 12-də baş verib.

Məlumata görə, dünən əkinçilik işləri aparan Sünik bölgəsinin Tex icmasının iki sakini traktorlarda hərəkətdə olarkən istiqaməti düzgün seçmədiklərindən Azərbaycan ərazisində peyda olublar.

“Ermənistan və Azərbaycan hərbçilərinin, eləcə də Rusiya sülhməramlıların iştirakı ilə aparılan danışıqlardan sonra kəndlilər, həmçinin traktorlar geri qaytarılıb”,- deyə xəbərdə qeyd olunur.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!