COP29

Jalə Avropa çempionu oldu, Elnurə finalda uduzdu

25 May 02:10 Güləş 982
Jalə Avropa çempionu oldu, Elnurə finalda uduzdu

Güləş üzrə U-23 Avropa çempionatı davam edir.

sPORTİNFO.az xəbər verir ki, yarışın 5-ci günündə qadın güləşi üzrə 53, 57, 62, 65 və 72 kq-da qaliblər müəyyənləşib.

Elnurə Məmmədova (53 kq) finalda ukraynalı Liliya Malançukla qarşılaşıb. İlk hissəni minimal fərqlə öndə qapayan həmyerlimiz fasilədən sonra üstünlüyünü qoruya bilməyib və 2:13 hesabıyla məğlub olub. Bununla da güləşçimiz 2022-ci ildəki nəticəsini təkrarlayıb.

Jalə Əliyeva (57 kq) həlledici görüşdə türkiyəli Elvira Kamaloğlu ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada 5:3 hesablı qələbəyə sevinən Gəncə güləş məktəbinin yetirməsi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, Əliyeva U-23 yaş qrupunda ilk 2 qat Avropa çempionu olan qadın güləşçimiz kimi adını tarixə yazdırıb.

Mərziyə Sadıqova (72 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Bukrenaz Sərtə məğlub olub – 0:13.

Digər Xəbərlər
Xəbər Lenti