Qapıçı sonuncu dəqiqədə “Real”a qol vurdu, pley-off-a çıxdılar - VİDEO

Qapıçı sonuncu dəqiqədə “Real”a qol vurdu, pley-off-a çıxdılar - VİDEO

Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda keçirilən “Benfika” – “Real” qarşılaşması futbolsevərlərə unudulmaz anlar yaşadıb.

Sportinfo.az xəbər verir ki, 6 qolun qeydə alındığı matç Portuqaliya təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün ən dramatik məqamı isə əlavə olunmuş vaxtda yaşanıb. Matçın 90+8-ci dəqiqəsində “Benfika”nın qazandığı cərimə zərbəsi zamanı komandanın qapıçısı Anatoli Trubin də hücuma qoşularaq, “Real”ın cərimə meydançasına daxil olub.

Risk öz bəhrəsini verib. Ukraynalı qolkiper zərbəni dəqiq yerinə yetirərək, topu qapıdan keçirib və komandasına həlledici qolu qazandırıb. Bu qol “Benfika”nın turnirdə taleyini dəyişib.

Nəticədə Lissabon klubu top fərqini 2-yə yüksəldərək, “Marsel”i geridə qoyub və turnir cədvəlində 24-cü pilləni tutaraq, pley-off mərhələsinə vəsiqə qazanıb.

“Marsel” isə 3 top fərqi ilə 25-ci yerdə qərarlaşıb və mübarizəni dayandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!
29 Yanvar 07:20 Bakıda tramvay olacaq?
29 Yanvar 05:50 "Neftçi"ni necə udublar?
29 Yanvar 03:20 “Liverpul”SOU - VİDEO