“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yeni formatda UEFA Çempionlar Liqasının səviyyəsinin əvvəlkindən daha yüksək olduğunu etiraf edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, buna nümunə olaraq “Bodo Qlimt”in pley-off mərhələsinə yüksəlməsini və “Real”ın “Benfika”ya 2:4 hesabıyla məğlub olmasını göstərib:
“Bu, bütün komandalar üçün əsl zəhmət idi. Çempionlar Liqası bir neçə il əvvəlki kimi deyil. Çox, çox çətindir”.
ÇL-in son turunda “şəhərlilər” “Qalatasaray”ı 2:0 hesabıyla məğlub edərək turnir cədvəlində 8-ci yeri tutublar.

