Millimizin üzvü Namiq Ələsgərov "Bursaspor"un heyətində Türkiyə 1-ci liqasında növbəti qolunu vurub.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi 16-cı turda "Manisa" ilə ev oyununda fərqlənib.
Start heyətində meydana çıxan Ələsgərov 51-ci dəqiqədə komandasının yeganə qolunun müəllifi olub. O, 86-cı dəqiqədə əvəzlənib.Görüş 1:1 hesabı ilə başa çatıb.
Bu, Namiqin liqada 4-cü qolu olub. O, ötən tur "Denizlispor"la oyunda (3:1) da fərqlənmişdi
Xalını 18-ə çatdıran "Bursaspor" 14-cü pillədə qərarlaşıb.

