AFFA-da oturanların diqqətinə - O, sizin De Byazi, bu da bizim Qurban!

21 Noyabr 2023 17:00 Azərbaycan Futbolu 2 376
AFFA-da oturanların diqqətinə - O, sizin De Byazi, bu da bizim Qurban!

Qurban Qurbanov Çempionlar Liqasının təsnifat mərhələsində Polşa çempionu "Rakov"la Bakıdakı matçdan sonra jurnalistin yerində verilməyən sualına bir qədər əsəbi formada cavab verərkən tərcüməçidən bu hissənin polşalı qonaqlar üçün tərcümə olunmamasını istəmişdi. (Daha ağır cavabı isə sırf polşalı jurnalistlərə görə verməmişdi)

Canni De Byaz isə jurnalistin yerində verilən sualına tərbiyəsiz cavab verməsi cəhənnəm, hətta tərcüməçidən belçikalı jurnalistlərin başa düşməsi üçün tərbiyəsizliyini olduğu kimi tərcümə etməsini tələb edib.

Amma bizə yuxarıdan aşağı baxan, təhqir etməkdən belə çəkinməyən italiyana heç bir səbəb olmadan 3 ildən artıq işləmək imkanı yaradıldı.

Qurbanov isə 9 aydan sonra səbəb olmadan millidən göndərildi.

Ən böyük problemimiz məhz bundadır - özümüzə layiq olduğumuz qiyməti vermirik/verə bilmirik.

İllərdi danışırıq, yazırıq ki, bu ölkədə Azərbaycan millisini çalışdırmağa layiq çox sayda yerli mütəxəssis var.

Oynatmağa futbolçumuz az olsa da, məşq keçməyə məşqçimiz çoxdur.

Əminəm ki, Ayxan Abbasov, Elmar Baxşıyev, Samir Abasov (siyahını çox uzatmaq olar) millinin başında olsa, Yurçeviçdən, De Byazidən daha çox xal yığmaq mümkün olacaq. Ən əsası futbolçular indikindən daha mübariz, döyüşkən ruhda olacaqlar.

Amma kimdi onlara şans verən. Qurbanova dəyər verməyənlər digərlərinəmi yol açacaq?

Əcnəbi da kor deyil, bundan məharətlə istifadə edir.

İllərdi gəlmələr tərbiyəsiz italiyan kimi pulumuzu yeyir, əsəbilərimizi də necə lazımdır korlayırlar.

Ta ki biz düzələnə qədər...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti