
AFFA bu gün İdman jurnalistləri üçün seminar keçirib.
Bakı Olimpiya Stadionunun mətbuat zalında baş tutan tədbirə 40-a yaxın jurnalist qatılıb.
Media əhlini Hakimlər Komitəsinin sədri Barış Şimşək salamlayıb.
Türkiyəli oyun qaydalarına edilmiş dəyişikliklər haqda jurnalistlərə məlumat verib.
Bir çox tanınmış hakimlərin tanınmış məşqçilərə, futbolçulara qarşı verdiyi köhnə/yeni qərarlar videoanaliz edilib.
Təxminən yarımsaatlıq fasilədən sonra isə Barış bəy media mümayəndələri ilə azərbaycanlı hakimlərin Premyer Liqadakı şübhəli qərarların, problemlərin və gələcək planların geniş müzakirə edib.
İdman jurnalistlərinin Paşa Sığorta VAR otağında AFFA VAR Mərkəzinin iş rejimi ilə yaxından tanış olması ilə seminar başa çatıb.
XANOĞLAN / SPORTİNFO.AZ