
«Minifutbol üzrə yığmamızın və klublarımızın Avropa qazandığı son uğurlar bizi həddindən artıq sevindirir».
Bu sözlər futbol eksperti Emin Abbasorva məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində minifutbol üzrə Çempionlar Liqasında uğurlu çıxışı ilə yadda qalan «Zirə» və «Birbaşa Bakı»dan danışıb.
Tanınmış teleşərhçi bildirib ki, bu sahədə yeni mərhələ başlayıb, yeni səhifə açılıb:
«Artıq görürük ki, bu idman növünün inkişafı bir yerdə dayanmır. Milli səviyyəsində Avropa çempionu olmuşduqsa, bunun ardı indi klub səviyyəsində gəlməkdədir.
«Zirə» Çempionlar Liqasında üçüncü yeri tutmaqla tarix yazdı. İlk dəfə idi ki, bu mötəbər yarışda iştirak edirdilər.
Burada nəticə qazanan bütün oyunçular öz azərbaycanlımızdır. Azərbaycan tezliklə dünyanın minifutbol səhnəsində daha yüksək yerlərə qalxacaq».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: