AFFA bu 2 kluba Premyer Liqada iştirak üçün lisenziya verdi

15 May 2023 14:20 Azərbaycan Futbolu 986
AFFA bu 2 kluba Premyer Liqada iştirak üçün lisenziya verdi

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda 2023/2024 mövsümündə avrokuboklarda və Azərbaycan Premyer Liqasında iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

UEFA-nın klub yarışlarına qatılmaq məqsədi ilə "Qarabağ", “Sabah”, "Neftçi", “Zirə” və "Qəbələ"yə lisenziya verilib. Əvəzində “Turan Tovuz” və “Səbail” eyni lisenziyanı ala bilməyiblər.

Premyer Liqada iştirak üçün isə “Turan Tovuz”, “Səbail”, “Sumqayıt”, “Kəpəz”, “Şamaxı" və I Diviziondan "Araz-Naxçıvan" ilə “Zaqatala” müvafiq lisenziyaya sahib çıxıblar.

Aşağı dəstənin digər təmsilçiləri olan “İmişli”, “Mingəçevir”, “MOİK” və “Qaradağ Lökbatan” müsbət cavab ala bilməyiblər.

Lisenziya iddiaçısı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

“UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması və maliyyə dayanıqlığı üzrə qaydalar” (Buraxılış 2022), 14-cü maddəsinə müvafiq olaraq, 2023-2024 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak üçün lisenziya almış hesab olunur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı