ƏLA FÜRSƏT - Azərbaycanlı futbolçular Türkiyə nəhəngində çıxış edə bilər

11 May 2023 23:00 Azərbaycan Futbolu 927
ƏLA FÜRSƏT - Azərbaycanlı futbolçular Türkiyə nəhəngində çıxış edə bilər

Azərbaycanlı futbolçular karyeraların Türkiyə klubunda davam etdirə bilər.

Bu təşəbbüslə qardaş ölkə təmsilçisi “Trabzonspor”un rəhbərliyi çıxış edib.

Bu barədə Bakıda səfərdə olan “Bordo mavilər”in vitse-prezidenti Serkan Kılıçla görüşən Azərbaycan millisinin skautu İlqar Qurbanov Sportinfo.az-a açıqlamasında bildirib:

“Serkan bəylə Bakıda görüşdük. Bəzi suallarıma cavab tapdım. “Trabzonspor”un cavan futbolçularımızla bağlı planları var. Hər il 2-3 istedadlı futbolçumuzu seçib ora göndərməyi düşünürük.

Bəzi klublarımız ilə əməkdaşlıq etmək fikirləri var. Əgər şərtlər uyğun gələrsə. Məndən də bu işlərdə yardım etməyimi istədilər.

Fərqli və yeni addımdır. İlk öncə klublarımızla və seçilən uşaqların valideynləri ilə danışmaq lazımdır. Xeyirlisi, inşallah”.

XANOĞLAN

Xəbər Lenti