Fəxri prezident milli üzvləri ilə görüşdü - Hansı tapşırıqlar verildi?

8 May 2023 20:40 Azərbaycan Futbolu 502
Fəxri prezident milli üzvləri ilə görüşdü - Hansı tapşırıqlar verildi?

Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov milli üzvüləri ilə görüşüb.

Orxan bəy Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş möhtəşəm Beynəlxalq Minifutbol Turnirindəki əzimkar çıxışına görə futbolçulara təşəkkür edib və gələcək oyunlarda uğurlar arzu edib.

O, belə turnirlərin vacibliyini önə çəkib.

Qarşıdan gələn Dünya Çempionatına kimi bu səviyyədə turnirlərdə iştirak etməyin önəmini xüsusi vurğulayıb. Və bu istiqamətdə addımlar atılmasını tapşırıb.

1-6 may tarixlərində Bakı Tennis Akademiyasında keçirilən turnirdə 10 ölkənin milli komandası mübarizə aparıb.

Turnirin final qarşılaşmasında Serbiya və Çexiya komandaları üz-üzə gəlib. Oyun çexlərin 4:3 hesablı qələbəsi ilə nəticələnib.

3-cü yer uğrunda oyunda isə Azərbaycan və Qazaxıstan seçmələri görüşüb. Bu matç heç-heçə yekunlaşıb - 2:2.

Penaltilər seriyasında isə Qazaxıstan yığması qələbə qazanıb.

Beləliklə, Çexiya millisi beynalxalq turnirin çempionu adını qazanıb. Serbiya seçməsi gümüş, Qazaxıstan təmsilçisi isə bürünc mükafata sahib çıxıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı