Bakıda ən yaxşılar seçildi, Orxan Məmmədov mükafatlandırdı - FOTOREPORTAJ

7 May 2023 11:05 Azərbaycan Futbolu 710
Bakıda ən yaxşılar seçildi, Orxan Məmmədov mükafatlandırdı - FOTOREPORTAJ

Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnir başa çatıb.

Sportinfo.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 1-6 may tarixlərində Bakı Tennis Akademiyasında keçirilən turnirdə 10 ölkənin milli komandası mübarizə aparıb.

Turnirin final qarşılaşmasında Serbiya və Çexiya komandaları üz-üzə gəlib. Oyun çexlərin 4:3 hesablı qələbəsi ilə nəticələnib.

Üçüncü yer uğrunda oyunda isə Azərbaycan və Qazaxıstan seçmələri görüşüb. Bu matç heç-heçə yekunlaşıb - 2:2.

Penaltilər seriyasında isə Qazaxıstan yığması qələbə qazanıb. Beləliklə, Çexiya millisi beynalxalq turnirin çempionu adını qazanıb. Serbiya millisi gümüş, Qazaxıstan təmsilçisi isə bürünc mükafata sahib çıxıb.

Turnirin bağlanış mərasimində qalib komandaya kubok təqdim edilib.

Eyni zamanda turnirin ən yaxşı qapıçısı seçilmiş Ondrey Beran (Çexiya), ən sərrast futbolçu Denis Lanka (Çexiya) və ən yaxşı futbolçu adına layiq görülmüş Veselin Qubereniç (Serbiya) AMF tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.

Digər Xəbərlər
Xəbər Lenti