Azərbaycanda bu 4 klub yenidən fəaliyyətini bərpa etməlidir - VİDEO

7 May 2023 09:50 Azərbaycan Futbolu 4 279
Azərbaycanda bu 4 klub yenidən fəaliyyətini bərpa etməlidir - VİDEO

Futbol eksperti Emin Abbasov Azərbaycanda 4 klubun yenidən fəaliyyətini bərpa etmək zərurəti barədə danışıb.

O, bu barədə fikirlərini ATV kanalında yayımlanan «Futbolumuz» verlişində səsləndirib.

Bildirib ki, vaxtilə mövcud olmuş «Dinamo», «Ədliyyə», «Qara bəbir» və «HHQ Şahin»in futbol səhnəsinə dönüşü günün tələbidir.

«Qarabağ» və «Sabah»da çalışmış sabiq funksioner illər öncə MOİK-in ikinci komandasında forma geyindiyini, bu üzdən həqiqi hərbi xidmət yaşı çatmış futbolçuları yaxşı başa düşdüyünü, onların özlərini göstərmələri üçün güc strukturlarının nəzdində klubların yaradılmalı olduğunu söyləyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti