Orxan Məmmədov: "Əsas məqsəd öz statusumuzu saxlamaqdır"

6 May 2023 16:00 Azərbaycan Futbolu 492
Orxan Məmmədov: "Əsas məqsəd öz statusumuzu saxlamaqdır"

“Əsas məqsədlərimizdən biri də budur ki, minifutbol yığmasının bazasını tikək“.

Bu sözlər Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti, “Zirə” Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədova məxsusdur.

O, “Azərbaycan” qəzetinin yazarı, “Sportinfo TV”nin aparıcı-eksperti Elçin Cəfərova verdiyi müsahibədə bildirib ki, Azərbaycan minifutbolu tarixində qazanılan böyük zəfərdən artıq 1 ilə yaxın vaxt keçir.

Geridə qalan müddətdə uğurların davamlı olması və yeni nailiyyətlər üçün mühüm tədbirlər həyata keçirilib və əsas hədəflər müəyyənləşib:

“İdmançılar hər zaman deyirlər ki, çempion olmaq daha asandır, nəinki bu imici saxlamaq. Təbii ki, bizdə də elədir.

Çempion olduqdan sonra məqsədlərimiz də çox oldu. Əsas məqsəd isə öz statusumuzu saxlamaqdır.

Bu il dünya çempionatı olacaq, orada da kifayət qədər yüksək səviyyədə iştirak etmək istəyirik.

İkinci hədəfimiz minifutbolun infrastrukturunu yaxşılaşdırmaqdır. Hal-hazırda bu istiqamətdə də işlər gedir.

Bunun üçün artıq yer də ayrılıb. Müəyyən hazırlıqlardan sonra tikintiyə də başlanacaq.

Bakının Nərimanov rayonunda, Gənclər və İdman Nazirliyinin yaxınlığında, özəl şirkətə aid olan boş ərazidə tikinti nəzərdə tutulub.

Artıq icarə müqaviləsi bağlanıb. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müəyyən sənəd toplama işləri gedir.

Hesab edirəm ki, bu proses bitdikdən sonra layihənin özünü də mətbuata geniş şəkildə göstərə bilərik“.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!