
Premyer Liqanın 33-cü turu bir neçə futbolçu və məşqçi üçün tamaşa meydanı olacaq.
5-8 may aralığında keçiriləcək oyunları 2 futbolçu və 2 məşqçi kənardan izləmək məcburiyyətindədir.
Cəzalılar “Turan Tovuz”dən Denis Marandiçi ilə “Neftçi”dən Voislav Stankoviçdir.
Sarı vərəqə limitini dolduran və öncəki turda qırmızı vərəqə alan sözügedən futbolçular 33-ci turda iştirak edə bilməyəcək.
Həmçinin texniki zonadan qovulduqları üçün “Sabah”ın baş məşqçisi Murad Musayevlə qapıçılarla işləyən məşqçi Vitali Kovalyov da bu dəfə tribunada yer almalı olacaq.
Mayın 5-də “Kəpəz” – “Sabah”, ertəsi “Şamaxı” – “Zirə”, mayın 7-də “Turan Tovuz” – “Neftçi”, “Sumqayıt” – “Səbail”, sonuncu oyun günündə “Qarabağ” - “Qəbələ” görüşlərinə şahidlik edəcəyik.
HƏBİB / SPORTİNFO.AZ