Azərbaycan qrupu 3-cü yerdə bitirdi, Fransaya rəqib oldu - FOTOLAR

4 May 2023 21:00 Azərbaycan Futbolu 1 141
Azərbaycan qrupu 3-cü yerdə bitirdi, Fransaya rəqib oldu - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində dördüncü oyun gününə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, A qrupu çərçivəsində İtaliya və Çexiya yığmaları üz-üzə gəliblər.

Bakı Tennis Akademiyasındakı görüş Çexiyanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qrup mərhələsinin son oyunu isə Azərbaycan və Serbiya yığmaları arasında baş tutub. Bu oyunda qapılara vurulmayıb. Nəticədə yığmamız qrupu 8 xalla üçüncü pillədə tamamlayıb.

Elşad Quliyevin yetirmələri mayın 5-də əvvəlcə pley-off oyununda digər qrupun ikincisi olan Fransa ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu cütün qalibi həmin gün yarımfinalda Qazaxıstanla qarşılaşacaq.

Qrup mərhələsinin yekununda qruplardakı xal durumu belə olub:

A qrupu: Serbiya – 8. Çexiya – 8. Azərbaycan – 8. Gürcüstan – 3. İtaliya – 0.

B qrupu: Qazaxıstan – 9. Fransa – 7. Ukrayna – 7. Türkiyə – 6. Cənubi Afrika – 0.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!