Azərbaycan kubokunun finalı üçün püşk atıldı

4 May 2023 13:20 Azərbaycan Futbolu 589
Azərbaycan kubokunun finalı üçün püşk atıldı

Azərbaycan kubokunun final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşk atılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Mərasimdə Peşəkar Futbol Liqasını texniki-idman direktoru Elgiz Abbasov, “Neftçi” Futbol Klubunu baş menecer Qədir Həsənov, “Qəbələ” İdman Klubunu isə menecer Məhəmməd Əzizli təmsil edib. Püşkün nəticəsinə əsasən “Bakcell Arena”da keçiriləcək həlledici qarşılaşmanın nominal meydan sahibi “Neftçi” Futbol Klubu olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı iyun ayının 3-ü, saat 20.00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"