“Xan Lənkəran”ın futbolçusu əvvəl yumruq atdı, sonra da...

4 May 2023 01:20 Azərbaycan Futbolu 775
“Xan Lənkəran”ın futbolçusu əvvəl yumruq atdı, sonra da...

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

U-17 Liqasının “Xan Lənkəran” FK – “Kəpəz” PFK oyununda “Xan Lənkəran”ın futbolçusu Fədan Ağayev aqressiv davranışa (rəqibi yumruqla vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı və meydanı tərk edərkən hakimə fiziki təzyiq göstərdiyi, hakimi təhqir etdiyi üçün 4 oyun şərti olmaqla, 10 oyun cəzalandırılıb. Sınaq müddəti 6 ay təyin edilib.

U-17 Liqasının “Neftçi” PFK – “Qarabağ” FK oyununda “Neftçi”nin futbolçusu İsmayıl Qurbanlı kütləvi qarşıdurmada rəqibi vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb. “Qarabağ”ın futbolçusu Səbuhi Niftiyev də rəqibi vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

U-15 Liqasının “Ağ Şəhər” – “Səbail” FK qarşılaşması “Ağ Şəhər” komandası təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına görə “Ağ Şəhər” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasının “Mübariz” – “Xocalı” oyununda “Xocalı”nın baş məşqçisi İlkin Hacıyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 3 oyun cəzalandırılıb.

U-11 Liqasının “Çinar” (Gəncə) – “Azəri” (Gəncə) qarşılaşması “Çinar” komandası təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına görə “Çinar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Yüksək Liqanın “Neftçi” İK İB – “Record” oyununda “Neftçi”nin oyunçusu Məhəmməd Abbasov təcavüzkar davranışa görə (rəqibi ayaqla və daha sonra əl ilə vurduğuna görə) birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb. “Record”un oyunçusu Elmir Xəlilov da təcavüzkar davranışa görə (rəqibi əl ilə vurduğuna görə) birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

Futzal üzrə İkinci Liqanın “Advokat” – “Çinar Zəngilan” oyunu “Çinar Zəngilan” komandası təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına görə “Çinar Zəngilan”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasında keçirilən 8 №-li İOEUGiM (Bakı) –“Xırdalan City” (Bakı) oyununun 88-ci dəqiqəsində 8 N-li İOEUGİM komandasının qapısına təyin olunan 11 metrlik cərimə zərbəsi qərarına etiraz olaraq 8 N-li İOEUGİM komandasının baş məşqçisi Elvin Həmidov komandanın oyunçularını meydandan çıxarıb. Buna görə 8 N-li İOEUGİM komandasına 0:3 hesabı ilə texniki məğlubiyyət verilib və baş məşqçi Elvin Həmidov 1 oyun cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!