Azərbaycan millisinin baş məşqçisi çağırış etdi - VİDEO

1 May 2023 17:00 Azərbaycan Futbolu 509
Azərbaycan millisinin baş məşqçisi çağırış etdi - VİDEO

2 gün sonra ölkəmizdə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Minifutbol üzrə beynəlxalq turnir start götürəcək.

Turnirdə İtaliya, Fransa, CAR, Gürcüstan, Çexiya, Türkiyə, Qazaxıstan, Serbiya, Ukrayna və sonuncu Avropa çempionu Azərbaycan millisi iştirak edəcək.

Yarış 1 may start götürəcək və 6 may yekun vurulacaq.

Maraqla gözlənilən turnirə az qalmış millimizin baş məşqçisi Elşad Quliyev yığma komandanın son durumu və şanslarını dəyərləndirib.

Yekunda isə azarkeşləri oyunlara gəlib milli komandaya dəstək olmağa çağırıb.

Onun çıxışını aşağıdakı videodan izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti