Polşa “Neftçi”nin uğursuzluğundan istifadə edib, Azərbaycana daha da yaxınlaşdı

29 İyul 2021 22:40 Araşdırma 964
Polşa “Neftçi”nin uğursuzluğundan istifadə edib, Azərbaycana daha da yaxınlaşdı

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan 13,375 xalla 29-cu pillədəki yerini qoruyub.

30-cu sıradakı Polşa xallarının sayını 13,250-yə çatdıraraq bu mövqeyə daha da yaxınlaşıb. Qazaxıstan (13,750) isə 28-cidir.

"Neftçi" Bakıda Yunanıstan "Olimpiakos"una uduzduğu üçün ölkənin aktivinə xal yazılmayıb.

Siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti