Azərbaycanlı futbolçunun atası aldadıldı, vəzifəsindən istefa verdi

6 İyun 2024 19:20 II Divizion 2 595
Azərbaycanlı futbolçunun atası aldadıldı, vəzifəsindən istefa verdi

II Liqada çıxış edən «Kür-Araz»da baş məşqçi istefası yaşanıb.

Ələmdar Mustafazadə öz postundan ayrılıb.

Millinin və «Qarabağ»ın müdafiəçisi Bəhlul Mustafazadənin atası klub rəhbərliyinə etiraz əlaməti olaraq bu addımı atıb.

Belə ki, prezident vəzifəsini tutan Mirheydər Səfiyev ona və futbolçulara verdiyi vədi yerinə yetirməyib.

İmişli təmsilçisinin başçısı ötən aylardan yığılıb qalan ödəmələri etməkdən boyun qaçırdığı üçün çalışdırıcı vəzifəsindən getməyi üstün tutub.

Yeni yaranan komanda yarımpeşəkar çempionatda ilk mövsümü heç də pis keçirməyib.

Cavid İmamverdiyev, Ramazan Abbasov, Qeyrət Əliyev kimi vaxtilə Premyer Liqa görmüş futbolçuların formasını geyindiyi kollektiv 39 xal toplayıb və sezonu turnir cədvəlinin 6-cı pilləsində başa vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu