Nazir Mingəçevirə getdi, "Zirə"nin oyununu stadionda izlədi

24 Noyabr 2022 14:40 Zirə 420
Nazir Mingəçevirə getdi, "Zirə"nin oyununu stadionda izlədi

Gənclər və idman naziri Fərid Qayıbov Mingəçevirə səfər edib.

O, ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən «Mingəçevir» - «Zirə» qarşılaşmasını (0:2) canlı izləyib.

Nazir matçın ikinci hissəsində Yaşar Məmmədzadə adına stadiona təşrif buyurub. Qayıbov idman qurğusuna tək gəlməyib.

GİN rəhbərini yerli İcra Hakimiyyətinin rəsmiləri və digər şəxslər müşayiət edib. Nazir arenanın ərazisinə baxış keçirib, mövcud vəziyyəti barədə məlumat alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti