“Sabah“ın 4 futbolçusu APL-da II turun rəmzi komandasında

17 Sentyabr 2020 14:00 Sabah 792
“Sabah“ın 4 futbolçusu APL-da II turun rəmzi komandasında

“Sabah“ın 4 futbolçusu – Bəhlul Mustafazadə, Coşqun Diniyev, Yevgeni Koçuk və Ramil Şeydayev “InStat”ın göstəricilərinə əsasən, Azərbaycan Premyer Liqasının II turunun rəmzi komandasında yer alıb.

Sportinfo.az xəbər verir ki, Bəhlul Mustafazadə turun ən yaxşı futbolçusu olub (InStat indeksi – 321).

“Ağ-göylər” Azərbaycan Premyer Liqasının II turunda evdə “Qəbələ”ni 3:0 hesabıyla məğlub edib. Oyunda komandanın qollarına Coşqun Diniyev, Bəhlul Mustafazadə və Ramil Şeydayev imza atıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Fevral 16:30 Çək və bizə göndər!