
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Ağdamlılar V turda Norveçdə yerli “Molde”nin qonağı olub.
“Aker” stadionunda təşkil edilən qarşılaşmada hesabı 12-ci dəqiqədə Ağdam təmsilçisi açıb. Juninyo 12-ci dəqiqədə qapıçı ilə təkbətək şansı əldən verməyib.
Lakin Azərbaycan çempionu üstünlüyünü qoruya bilməyib. Kristian Eriksen 82 və 87-ci dəqiqələrdə vurduğu 2 qol sayəsində norveçliləri önə keçirib.
Buna baxmayaraq, “Qarabağ” məğlubiyyətdən qurtulub. 90+5-ci dəqiqədə Bəhlul Mustafazadə görüşdə son nöqtəni qoyub - 2:2.
Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən “Qarabağ” ikinci pillədəki yerini qoruyub. Eyni xala malik “Molde” isə üçüncü yerdə qalıb.
Ağdam təmsilçisi minimum Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Matçdan sonra stadionda maraqlı anlar yaşanıb. “Qarabağ”ın futbolçuları 2:2-nin gətirdiyi xoşbəxtlik hissinin sevincini bir-birləriylə bölüşüblər.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: