Norveç KİV-i: "Qarabağ"ın bərabərlik qolu əsl dəhşətli soyuq duş oldu"

1 Dekabr 2023 22:40 Qarabağ 1 773
Norveç KİV-i: "Qarabağ"ın bərabərlik qolu əsl dəhşətli soyuq duş oldu"

Norveç mətbuatı Avropa Liqasının H qrupunun 5-ci turunun “Molde” - “Qarabağ” oyununu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, “Dagbladet” portalı Norveçdəki heç-heçənin hansı tərəfədaha çox sərf etdiyini yazıb:

"Molde" "Qarabağ"la matçda tez bir zamanda qol buraxdı. Kristian Eriksenin bir neçə sehrli hərəkətləri qısa müddət ərzində “Molde”nin Avropa Liqasından çıxmaq üçün mübarizəni apardığını hiss etdirdi.

Lakin artıq əlavə olunmuş dəqiqələrdə “Qarabağ” hesabı bərabərləşdirdi. Onların bərabərlik qolu "Molde" üçün əsl dəhşətli soyuq duş oldu”.

Hazırda “Qarabağ” 7 xalla ikincidir. “Molde” də eyni xala malik olsa da, şəxsi oyundakı nəticələrə görə Azərbaycan çempionu rəqibini qabaqlayır.

Digər Xəbərlər
Xəbər Lenti