COP29

Azərbaycanda bu klub, “Top-5” liqalarda “Liverpul”…

28 Noyabr 2023 19:20 Qarabağ 573
Azərbaycanda bu klub, “Top-5” liqalarda “Liverpul”…

“Liverpul” “Top-5” liqalarda mövsümün rekorduna imza atıb.

Sportinfo.az xəbər verir ki, “qırmızılar” cari mövsüm Premyer Liqada hesabda geri düşdüyü oyunlarda ümumilikdə 12 xal toplamağı bacarıb.

Yurgen Kloppun yetirmələri son olaraq XIII turda “Mançester Siti” ilə qarşılaşmanın son dəqiqələrində vurduqları qol sayəsində məğlubiyyətdən qurtulublar – 1:1.

Komanda geri düşdüyü 6 qarşılaşmanın 3-də qələbə qazanıb, 3 dəfə isə bərabərə qalıb.

Müqayisə üçün bildirək ki, Azərbaycan Premyer Liqasında ən çox geridönüş edən komanda “Səbail”dir.

Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv cari mövsümdə 4 dəfə bunu bacarıb. “Dənizçilər” bunun 2-də meydanı qalibiyyətlə, 2-də isə heç-heçə ilə tərk edib.

Yəni “Liverpul” bu mövsüm 28 xaldan 12-ni sonradan vurduğu qol və ya qollarla əldə edibsə, “Səbail” 22 xaldan 8-ni bu yolla qazanıb.

“Liverpul” İngiltərə Premyer Liqasında 3-cü, “Səbail” isə Azərbaycan çempionatında 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"