“Neftçi”nin baş məşqçisi olmağıma imkan vermədilər” - ŞOK ETİRAF!

25 Noyabr 2023 20:00 Qarabağ 4 252
“Neftçi”nin baş məşqçisi olmağıma imkan vermədilər” - ŞOK ETİRAF!

Azərbaycanın təcrübəli və titullu məşqçilərindən olan Ağasəlim Mircavadov yığmanın gələcək taleyi ilə bağlı danışıb.

76 yaşlı mütəxəssis saytımıza açıqlamasında Canni de Byazinin gedişindən sonra boş qalmış posta təcrübəli məşqçinin gətirilməsinin vacibliyini qeyd edib.

Lakin həmin şəxs gözündə özünü görməyib. Mircavadovun fikrincə, AFFA rəhbərliyi millinin “sükanını” ona tapşırmaz.

“Niyə”sini isə 4 il əvvəl başına gəlmiş hadisə ilə əlaqələndirir:

“4 il bundan əvvəl “Neftçi” rəhbərliyi məni görüşə dəvət etmişdi. Danışdıq, müzakirə etdik, ayrıldıq.

Sonradan imkan vermədilər. Kim qoymadı, kim qarşı çıxdı, bunu deyə bilmərəm. Ona görə də yığmaya məsləhət görəcəklərinə inanmıram”.

“Şöhrət” ordenli mütəxəssis 1994-1995-ci illər aralığında Azərbaycan yığmasını çalışdırıb.

O, məşqçi kimi 5 dəfə ölkə çempionu olub, 4 dəfə Azərbaycan kubokunu qazanıb, “Birlik kuboku”nu 2 dəfə ölkəmizə gətirib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti