“Qarabağ“ın yükü ağırdır - “Molde” deyib keçməyin, bəylər!

21 Sentyabr 2023 16:40 Qarabağ 641
“Qarabağ“ın yükü ağırdır - “Molde” deyib keçməyin, bəylər!

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununu “Molde”yə qarşı keçirəcək.

Azərbaycanlı futbolsevərlər üçün Norveç futbolunun öncüllərindən olan bu klub bəlkə də ciddi ad kimi qəbul olunmur. Ancaq belə deyil.

“Ağ-göylər” ölkəsində 5 dəfə ölkə çempionluğunu bayram etməklə yanaşı 5 dəfə ölkə kubokunun sahibi adını qazanıb.

“Molde”nin beynəlxalq oyun təcrübəsinin də kifayət qədər zəngin olduğunu deyə bilərik.

Paytaxt təmsilçisi 1975-ci ildən başladığı yolda indiyə qədər 128 oyun keçirib ki, bunların 47-ni qələbə ilə başa vurub, 48-də məğlub olub. 33 matç isə heç-heçə başa çatıb.

“Qarabağ”ın rəqibi bu müddətdə 1 dəfə Çempionlar Liqasının (1999-2000 mövsümü), 1 dəfə Konfrans Liqasının, 5 halda isə Avropa Liqasının qrup mərhələsinin həyəcanını yaşayıb.

2020-2021 mövsümündə Avropa Liqasında “Arsenal” (London), “Rapid” (Vyana) və “Dandalk” kimi rəqiblərin yer aldığı qrup mərhələsini uğurla dəf edərək 1/32 final mərhələsində Bundesliqa iştirakçısı “Hoffenhaym”ı mübarizədən kənarlaşdırıb – 3:3, 2:0.

1/16-də La Liqa təmsilçisi “Qranada”nı üstələyib möcüzə gerçəkləşdirmək şansı olsa da, buna gücü çatmayıb.

Stokholmda əldə olunan 2:1-lik qələbənin davamı İspaniyada 0:2 hesablı yenilgi ilə gəlincə, növbəti mərhələyə “Qranada” yüksəlib.

“Qarabağ” 2020-ci ildə üz-üzə gəldiyi bu rəqibinə penalti zərbələri hesabına uduzmaqla Çempionlar Liqasının pley-off mərhələsində iştirak etməkdən məhrum olmuşdu.

Ümid edək ki, bu dəfə “Molde”ni türklər demiş, hafifə almayacaqlar.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” qarşılaşması saat 20:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti