
Bu gün “Qarabağ” Avropa Liqasının H qrupunun ilk matçında “Molde”ni qəbul edəcək.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, əsas məsələ oyuna köklənmək və ənənəvi oyun planına sadiqlikdir:
"Gəlin etiraf edək ki, ötənilki "Qarabağ" daha yaxşı təsir bağışlayırdı. Yeni transferlə oyun planına uyğunlaşmağa çalışsa da, etiraf edək ki, gedənlərin yeri dolmayıb.
Matça gəldikdə, Ağdam klubu topu rəqibə verib ilk dəqiqələrdən topsuz oyunda iştirak etməməlidir.
Hakimin start fitindən sonra ilk dəqiqələrdən meydannın norveçlilərə aid hissəsində tətbiq edəcəyi pressinqlə qonaqların oyun qurmasına imkan verməməlidir.
Qısa ötürmələrlə oyunu meydanın rəqibə aid olan hissəsində keçirə bilsək, itirilən hər topdan sonra onlara boş zona buraxılmasa, nəyəsə ümid etməyə dəyər.
Müdafiənin arxasına atılan toplarda və standart vəziyyətlərdə çox diqqətli olmalıyıq. İlk dəqiqələrdə rəqibi topsuz qoya bilsək, qarşı tərəfdə təhlükəli epizodlar yaşaya bilərik.
Amma sual olunur, "Qarabağ" bunu edə biləcək potensiala malikdirmi? Əlbəttə, bacarar.
Amma çox çətin olacaq. İkinci zonada Yankoviç və Romao sürətli oynamalıdır.
Oyunu cinahlara yaymaq lazımdır ki, rəqibin diqqətini o istiqamətlərə yönəldə bilək. Belə olan halda, mərkəzdə yaranacaq boşluqlara zamanında düşməklə qol epizodları yaratmaq lazımdır.
Bu qarşılaşma cinah müdafiəçilərimiz üçün də əlavə öhdəliklər yaradır. Çətin olacaq, amma "Qarabağ"a inanırıq və ümid edirik ki, xal və ya xallar qazanacaq".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: