İspaniya mətbuatı "Qarabağ"ın adını yana-yana çəkdi - "Atletiko"ya görə

21 Sentyabr 2023 12:40 Qarabağ 1 866
İspaniya mətbuatı "Qarabağ"ın adını yana-yana çəkdi -  "Atletiko"ya görə

İspaniya mətbuatı "Atletiko"nun Çempionlar Liqasının qrup mərhələsinin birinci turunun "Latsio" ilə Romadakı (1:1) son dəqiqədə əldən verdiyi qələbəni diqqətə çatdıraraq, Madrid klubunun 2017-ci ildə “Qarabağ”la ilə görüşlərdə də uğursuz nəticələrini bir daha xatırladıb (0:0,1:1).

Sportinfo.az xəbər verir ki, "İnfobae" nəşri İspaniya klubunun "Qarabağ"a qarşı matçlarda çətinliklə qarşılaşdığından yazıb:

"2017-ci ildə "Atletiko" oxşar vəziyyətlə qarşılaşmışdı. Çempionlar Liqasının startı Romadakı eyni - Olimpiya Stadionunda baş tutmuşdu, amma bu dəfə şəhərin başqa komandası olan "Roma"ya qarşı idi.

Madridin klubunun qrupdakı digər rəqibləri Premyer Liqanın çempionu “Çelsi” və o vaxt Çempionlar Liqasının qrup mərhələsində debüt edən Azərbaycanın “Qarabağ” oldu.

"Qarabağ" asan rəqib kimi görünürdü və "Atletiko"nun iki oyundan 6 xal toplaması üçün əla fürsət idi.

Amma bu, “qırmızı-ağlar” üçün çətin iş alındı. Onlar nə ilk, nə də cavab görüşlərində qalib gələ bildilər. Hər iki oyun heç-heçə başa çatdı. Bu da son nəticədə turnir cədvəlinə təsir etdi.

“Atletiko” "Roma" və "Çelsi"dən 4 xal geri qaldı. “Qarabağ” üzərində qələbə “Atletiko”nun top fərqinə görə “Roma”nı qabaqlayıb qrupdan çıxmasına kömək olacaqdı".

Digər Xəbərlər
Xəbər Lenti