
Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.
Sportinfo.az xəbər verir ki, “Qarabağ” ilk matçını doğma publika önündə keçirəcək.
“Mölde” ilə görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 20:45-də başlayacaq oyunu “CBC Sport” canlı yayımlayacaq.
Bu qarşılaşmaya maraq Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Dünyanın 5 ölkəsinin kanalı da Bakıdakı mücadiləni öz izləyicilərinə çatdıracaq.
Belə ki, “Stan Sport“ (Avstraliya), “Sky Sport“ (Avstriya), “Blue Sport“ (İsveçrə), TV 2 (Danimarka) və “QQ Sport“ (Çin) “Qarabağ“ın matçını efirə daşıyacaq.