
Çempionlar Liqasının II təsnifat mərhələsində “Rakuv”la qarşılaşacaq “Qarabağ” ilk oyun üçün Polşaya yollanıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionunu Polşaya aparan təyyarə az öncə Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.
Bu gün ağdamlıların “Miejski” stadionunda oyunöncəsi son məşqi olacaq. Məşq Bakı vaxtı ilə saat 22:00-a nəzərdə tutulub.
Bundan əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.
İyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.